İran geniş miqyaslı hərbi təlimlərə başlayıbbackend

İran geniş miqyaslı hərbi təlimlərə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin-İsrail gərginliyi fonunda İran “Ektedar 1402” (İqtidar) və ya “Güc” 2023 hərbi təlimlərinə başlayıb.

“İran İslam Respublikası Ordusunun Quru Qoşunları müxtəlif zirehli, piyada, mobil hücum briqadaları, raketdən ibarət çevik reaksiya qüvvələri, helikopter qoşunları, pilotsuz bölmələr, mühəndis qoşunları və digər dəstək elementlərinin iştirak edəcəyi “Ektedar 1402” təliminə başlayıb.

Editor.az bildirir ki, İran Silahlı Qüvvələrinin briqada generalı Kərim Çaşak məlumat verib. Çaşak Fars-a bildirib ki, manevrlərdə 200-dən çox helikopter iştirak edəcək və hərbçilər iki gün ərzində 1100 km məsafə qət edəcəklər. Təlimlər İranın mərkəzində – İsfahan yaxınlığında keçirilir.

Təlimlər İran ordusunun quru qoşunlarının döyüş effektivliyini və döyüş hazırlığını artırmaq və potensial təhlükələrə qarşı çəkindirmə səviyyəsini artırmaq üçün nəzərdə tutulub.

//Samir Qurbanov, Editor.az