İrandakı etirazlar alovlana və ya səngiyə bilər, amma geri dönüş yoxdur. Birincisi, İran həm daxildə, həm də xaricdə daha zəifdir. İranlıların gələcəyi barədə heç bir fikri yoxdur.
86 yaşlı Ayətullah Xameneinin yerini kimin tutacağını bilmirlər və onlar “Hizbullah” və ya Yəməndəki Husilər kimi “müttəfiqlərini” qismən itiriblər.
Editor.az bildirir ki, bu sözləri Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkin deyib. Onun sözlərinə görə, bu vəziyyətdə Çin və Rusiya İrana kömək edəcək, amma onu Trampdan xilas edə biləcəklərmi? İkincisi, ABŞ və AB-dən daha çox sanksiyalar olacaq. Tramp İranın ticarət tərəfdaşlarına əlavə tariflər tətbiq etməklə deyil, həm də blokada yolu ilə İranın ticarətini çətinləşdirib və çətinləşdirəcək.
Üçüncüsü, İran rəhbərliyinin dostu yoxdur – tərəfdaşları var. Onların İrana ehtiyacı var, amma fərqli bir liderliklə yaşaya bilərlər, daha yaxşı olmasa da, yenə də fərqli bir liderliklə. Venesuela, İran, Arktika. ABŞ-ın prioritetlərinin bu siyahısında itməməyimiz vacibdir, təkcə onların deyil. Və unutmayın ki, bütün dünya Vaşinqtondan Çin prizmasından görünür, – Pavel Klimkin vurğulayıb.
//Samir Qurbanov, Editor.az

