İran hava limanlarında bütün daxili və beynəlxalq reyslər bərpa edilibbackend

İran hava limanlarında bütün daxili və beynəlxalq reyslər bərpa edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran hava limanlarında daxili və beynəlxalq reyslərə təsir edən bütün məhdudiyyətlər tamamilə aradan qaldırılıb.

Editor.az xəbər verir ki, bu barədə bazar günü İran Mülki Aviasiya Təşkilatı məlumat yayıb. “Qeyd edilən məhdudiyyətlərin götürülməsini nəzərə alaraq… oktyabrın 6-da, bazar günü saat 23.00-dan hava hərəkəti həmişəki qaydada bərpa edilib”, – təşkilatın rəsmi nümayəndəsi Cəfər Yazırlu bildirib.

Bundan əvvəl yerli hava limanlarında bütün reyslər oktyabrın 6-da günortadan etibarən ləğv edilmişdi.

//Samir Qurbanov, Editor.az