İran hədələdi: İsrail bu ölkəyə hücum edərsə…backend

İran hədələdi: İsrail bu ölkəyə hücum edərsə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Livana təcavüzü beynəlxalq ictimaiyyət və region ölkələrinin cavabı ilə üzləşəcək və ABŞ da bu addımın məsuliyyətini bölüşəcək.

Editor.az axar.az-a istinadən bildirir ki, bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bagiri Kani BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

“Şübhəsiz ki, BMT-nin müstəqil üzvü olan Livana qarşı hər hansı təcavüz beynəlxalq ictimaiyyət, region ölkələri və müqavimət qrupları tərəfindən qətiyyətlə qarşılanacaq”, – deyə diplomat bildirib.