İran Hərbi Dəniz Qüvvələri Amerika neft tankerini saxlayıbbackend

İran Hərbi Dəniz Qüvvələri Amerika neft tankerini saxlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Hərbi Dəniz Qüvvələri cümə axşamı Ərəbistan dənizində (Fars körfəzindən Hörmüz boğazı ilə ayrılıb) Oman körfəzində olan Amerika neft tankerini saxlayıb.

Editor.az bildirir ki, hadisə ilə bağlı “Tasnim” məlumat yayıb. Agentliyin məlumatına görə, həbs məhkəmənin qərarı ilə həyata keçirilib. Bəyanatda başqa təfərrüatlar verilməyib. Xatırladaq ki, bir gün əvvəl yəmənli husilər Qırmızı dənizdə olan Amerika gəmisinə hücum etmişdilər. Onlar müxtəlif raketlərlə yanaşı, İHA-lardan da istifadə ediblər. Hərəkat hücumları belə izah edib: Hücum ABŞ-ın husi donanmasına qarşı hərbi zərbələrinə cavab olaraq həyata keçirilib.

//Samir Qurbanov, Editor.az