İran Hind okeanındakı ABŞ-Britaniya bazasına ballistik raketlər atdıbackend

İran Hind okeanındakı ABŞ-Britaniya bazasına ballistik raketlər atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ölkədən təxminən 3 800 kilometr aralıda yerləşən Hind okeanındakı Dieqo-Qarsiya adasındakı Böyük Britaniya-ABŞ birgə bazasına iki ballistik raket atıb.

Oxu.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Nəşri məlumatlandıran mənbələrə görə, raketlər hədəflərinə çata bilməyib.

ABŞ ordusu raketlərdən birini zərərsizləşdirmək üçün “SM-3” raketi buraxıb. Lakin əməliyyatın uğurlu olub-olmadığı məlum deyil.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.