İran “Hizbullah”ı qorumaq üçün hər şey edəcək – Beynəlxalq Münasibətlər üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazibackend

İran “Hizbullah”ı qorumaq üçün hər şey edəcək – Beynəlxalq Münasibətlər üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az bildirir ki, bunu İranın ruhani liderinin müşaviri, ölkənin Beynəlxalq Münasibətlər üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi deyib: “Bütün Livan xalqı, ərəb ölkələri və müqavimət oxunun üzvləri İsrailə qarşı Livanı dəstəkləyəcəklər.

Ola bilsin ki, müharibə bütün regiona yayılsın, bütün ölkələr, o cümlədən İran da iştirak etsin. Belə bir vəziyyətdə “Hizbullah”ı hər vasitə ilə dəstəkləməkdən başqa çarəmiz qalmaz”, – Kamal Xarazi “Financial Times”a müsahibəsində deyib. Bununla belə, o əlavə edib ki, müharibənin genişləndirilməsi İranın maraqlarına cavab vermir.

Qeyd edək ki, iyunun 18-də İsrail Müdafiə Qüvvələri Livan “Hizbullah”ının davam edən hücumları səbəbindən Livana hücum üçün döyüş planının təsdiqləndiyini elan edib. Bunun ardınca səlahiyyətlilər İsrailin şimalındakı ərazilərə hücumları dayandıracaq qərar qəbul edəcəyinə söz veriblər. Qəzza zolağında müharibə fələstinlilərin xeyrinə bitməsə, “Hizbullah” lideri Həsən Nəsrullah İsraillə genişmiqyaslı hərbi əməliyyatların olacağını deyib. İyunun sonunda xarici vətəndaşlar Livanı tərk etməyə başlayıblar.

//Samir Qurbanov, Editor.az