İran hökuməti ümummilli etirazların yatırılması zamanı 190 sənətçiyə təyziq göstərib – FOTObackend

İran hökuməti ümummilli etirazların yatırılması zamanı 190 sənətçiyə təyziq göstərib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran hökuməti 2022-ci ildə ümummilli etirazların yatırılması zamanı 190 sənətçiyə də təzyiq göstərib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, İranda “Sinema Evi” ittifaqına baş direktor vəzifəsini qəbul etmək üçün 11 nəfərlə aparılan danışıqlar nəticəsiz qalıb.

İslam Respublikasında hökumətlə millət, sənətçilər və idmançılar arasında uçurum o həddə çatıb ki, heç kim kinonun baş direktoru olmaq istəmir. Çünki indiyədək 190 sənətçi istintaqa çağırılıb, həbs edilib və ölkədən çıxışına qadağa qoyulub.

“Sinema Evi”nın direktorlar şurasının üzvü Əlirza Hüseyni bu barədə “Etemad Online”a müsahibəsində bildirib ki, ən azı 11 nəfər bu məsuliyyəti qəbul etmək təklifini rədd edib.

Hüseyninin sözlərinə görə, 2022-ci ilin sentyabr ayından tarixindən “Sinems Evi”nin baş direktoru vəzifəsini qəbul etmək üçün 11 “kinoqraf və səlahiyyətli şəxs”lə danışıqlar aparılıb, lakin onların heç biri bu məsuliyyəti qəbul etmək istəməyib.