Hətta İrana dost ölkələrin gəmiləri də Hörmüz boğazından istifadə etdikləri üçün rüsum ödəməli olacaqlar.
Bu barədə “Nour News” məsələ ilə tanış olan mənbəyə istinadən xəbər verir.
“Dost dövlətlərin gəmiləri də Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün rüsum ödəməlidirlər. Təhlükəsiz keçid üçün giriş yalnız müvafiq rüsumların ödənilməsi şərtilə veriləcək və heç bir ölkə eksklüziv hüquqlar əldə etməyəcək.” – “Nour News” xəbər verir.
Daha əvvəl İran xarici işlər nazirinin müavini Kazem Qərib-Abadi yeni qaydaların hazırlanması barədə danışmışdı. Onun sözlərinə görə, Hörmüz boğazı üçün yenilənmiş rejim həm hərbi, həm də kommersiya gəmiləri üçün keçid üçün aydın qaydalar müəyyən edəcək. İran hazırda bu məsələ ilə bağlı Omanla birgə protokol hazırlamağı planlaşdırır. Sənəddə Oman və İran sahilyanı dövlətlərinin təhlükəsiz tranzitin təmin edilməsi ilə bağlı məsuliyyətləri özündə əks etdirəcək.
Bundan əlavə, yeni rejim gəmilərin bayraqları dalğalanan ölkələr, eləcə də gəmi sahiblərinin özləri üçün ciddi məsuliyyət və öhdəlik standartlarının hazırlanmasını nəzərdə tutur.
//Samir Qurbanov, Editor.az

