İran Hörmüz boğazının yenidən açılması və nüvə proqramı ilə bağlı danışıqların bərpası imkanlarını gündəmə gətirib.
Editor.az xəbər verir ki, AP-nin məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyası çərçivəsində yeni diplomatik təklif barədə məlumat verib. Hörmüz boğazının statusu ABŞ-İran qarşıdurmasının əsas məsələlərindən birinə çevrilib.
Reuters daha əvvəl tərəflərin boğazın mərhələli şəkildə açılması və ABŞ-ın blokadasının aradan qaldırılması ilə bağlı mümkün razılaşmanı müzakirə etdiyini bildirmişdi. Boğazın təhlükəsizliyi qlobal enerji bazarı üçün xüsusi əhəmiyyət daşıyır.
//Samir Qurbanov, Editor.az

