İran hakimiyyəti Hörmüz boğazının açılması ilə bağlı şərtlərini vasitəçilər vasitəsilə ABŞ-a çatdırıb.
Editor.az xəbər verir ki, bu barədə İran Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib.
Onun sözlərinə görə, ABŞ İranın irəli sürdüyü tələbləri qəbul etməyənədək Hörmüz boğazı açılmayacaq.
“ABŞ müharibəni dayandırmalı, İranın dondurulmuş vəsaitlərini qaytarmalı və bütövlükdə regionla bağlı, o cümlədən Livan və Qəzza məsələlərində mövqeyini dəyişməlidir”, – deyə Rzayi bildirib.
İran rəsmisi əlavə edib ki, Tehranla Oman arasında Hörmüz boğazı ilə bağlı əldə olunan razılaşma boğazın açılması məsələsinə təsir göstərməyəcək.
//Gülnarə Abasova, Editor.az

