İran İbrahim Rəisiyə bənzəyən prezident axtarışındabackend

İran İbrahim Rəisiyə bənzəyən prezident axtarışında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Prezidenti İbrahim Rəisinin məlum helikopter qəzasında həlak olması İslam Respublikasının siyasi şahmat taxtası üzərindəki konfiqurasiyanı gözlənilmədən alt-üst etdi. İndi hakimiyyət illər ərzində diqqətlə düzdüyü və qəfildən bir-birinə qarışmış fiqurları sürətlə yerbəyer etməlidir.

Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan videosüjetdə bəhs edilir.

Bildirilir ki, İslam Respublikası xalqın son seçkidə ən aşağı səviyyədə iştirakı ilə bağlı reallığın təzyiqindən hələ də qurtulmaması vəziyyəti qəlizləşdirir və bu durumda iyunun 28-də keçiriləcək prezident seçkisində yenidən xalqın səsinə möhtac olacaq.

“Digər tərəfdən, yaranmış situasiyanın gözlənilməzliyi və vaxtın darlığı prezidentliyə potensial namizədlər üçün ciddi çətinlik yaradır. Demək olar ki, heç kim seçkiyə hazır görünmür: nə hakimiyyət, nə də mümkün və ənənəvi namizədlər. Bununla belə, Konstitusiya prezidentin ölümündən sonra 50 gün ərzində seçki keçirməyi diktə edir.

Amma bu mürəkkəbliklər fonunda İran hakimiyyəti üçün ən önəmli məsələ növbəti prezidentin İbrahim Rəisiyə bənzəyən bir şəxs olması, necə deyərlər, onun yolunu davam etdirməsidir. Məsələ burasındadır ki, Rəisi İranın ali rəhbəri Xameneinin istədiyi prezident idi: itaətkar və sözəbaxan! Həm o, həm də kabinetinin üzvləri ali rəhbərin göstərişlərini qeyd-şərtsiz icra edirdilər. Yəni Xamenei əvvəlki prezidentlərin dövründə yaşadığı problemlərlə Rəisi dönəmində üzləşməmişdi. Təsadüfi deyil ki, tanınmış siyasətçi, İran parlamentinin deputatı Müctəba Zünnuri bu günlərdə Rəisinin prezident olduğu üç ildə ali rəhbərin rahat nəfəs aldığını bəyan edib”, – deyə müəllif vurğulayıb.

Ətraflı süjetdə: