“İranın Ukrayna müharibəsində istifadə edilmək üçün Rusiyaya raket göndərməsi ilə bağlı iddialar yalan və əsassızdır”.
Editor.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
Onun sözlərinə görə, İngiltərə, Fransa və Almaniya ABŞ-la birlikdə Qəzzada soyqırım və müharibə cinayətləri törədən İsrailin “əsas silah mənbəyidir: “Bu 3 Avropa ölkəsi Qəzzada Fələstin xalqına qarşı törədilən kütləvi qətl və soyqırımın ortağıdır. Onlar bu yanlış siyasətlərə görə cavab verməlidirlər”.
Kenani İranın Rusiyaya raket göndərdiyi iddiası ilə İngiltərə, Fransa və Almaniyanın milli hava yolu şirkəti Iran Air-ə qarşı sanksiya qərarını qınadıqlarını deyib: “Üç Avropa ölkəsinin bu hərəkəti Qərb və onların İran xalqına qarşı həyata keçirdikləri iqtisadi terrorizm.ABŞ-ın düşmənçilik siyasətinin təzahürüdür.İran buna uyğun və mütənasib cavab verəcək”.
Açıqlamada İranın Rusiyaya ballistik raketlər ixrac etdiyinin təsdiqləndiyi iddia edilib və 3 ölkənin İranla ikitərəfli hava əlaqəsi müqavilələrini ləğv etmək üçün hərəkətə keçəcəyi və İranın milli hava yolu şirkəti Iran Air-in, yeni sanksiyaların əhatəsinə daxil ediləcəyi qeyd olunub. ABŞ həmçinin İran Hava Yollarına qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
//Gülnarə Abasova, Editor.az