İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandirlərindən olan polkovnik Əli İsmayılzadə evində ölü tapılıb.
Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, ölümlə bağlı əvvəl sui-qəsd versiyası irəli sürülüb. Ancaq ölkənin dövlət televiziyası bu faktı təqzib edib.
Qeyd edək ki, İran İnqilab Keşikçiləri Ordusunun komandirlərindən olan polkovnik Həsən Seyyad Xodayi ötən həftə paytaxt Tehranda evinin qarşısında sui- qəsdə qurban getmişdi.
//Nəzərbəy Hacıağayev, Editor.az

