İran İŞİD-dən qisas alırbackend

İran İŞİD-dən qisas alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Suriyada İslam Dövləti yaraqlılarının (İŞİD) mövqelərinə hücum edib.

Editor.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, zərbələr İranın Kirman şəhərində törədilən terror aktına cavab olaraq endirilib. Ballistik raketlərlə endirilən zərbələr nəticəsində “bir neçə əsas terrorçu komandir” öldürülüb.

Xatırladaq ki, yanvarın 3-də Kirmanda qəbiristanlıqda bir neçə partlayış baş verib. Bu zaman orada İran general-mayoru Qasım Süleymaninin xatirəsinə həsr olunmuş mərasim keçirilirdi. Nəticədə 84 nəfər ölüb, daha 284 nəfər yaralanmışdı.

//Samir Qurbanov, Editor.az