İran İslam İnqilabı Keşikçiləri Korpusu hipersəs “Fəttah” raketini təqdim etdibackend

İran İslam İnqilabı Keşikçiləri Korpusu hipersəs “Fəttah” raketini təqdim etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələri yeni hipersəsli “Fəttah” (“Qalib”) raketini təqdim edib.

Editor az. bildirir ki, bu barədə İranın İRNA xəbər agentliyi məlumat verib. Məlumata görə, onun hərəkət məsafəsi 1,4 min km-dir. Raketin təqdimat mərasimi Tehranda keçirilib. Tədbirdə İran prezidenti İbrahim Rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general-mayor Hüseyn Səlami və SEPAH Aerokosmik Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadə iştirak ediblər. Əmir Əli Hacızadə qeyd edib ki, “Fəttah” raketinin sürəti 13-15 Mach-a çatır ki, bu da 15.925-18.375 km/saata bərabərdir.

Onun sözlərinə görə, raket artan dəqiqliyi və yaxşı manevr qabiliyyəti ilə seçilir, həmçinin düşmənin raket əleyhinə müdafiə sistemini dəf etməyə, Yer atmosferində və ondan kənarda manevr etməyə qadirdir. Hacızadə qeyd edib ki, hipersəs raketlərinin istehsalı texnologiyasına İrandan əlavə yalnız ABŞ, Çin və Rusiya yiyələnib. SEPAH Aerokosmik Qüvvələrinin komandanı ilk dəfə olaraq 2022-ci ilin noyabrında hipersəs ballistik raketin yaradılmasını elan edib. Ötən həftə o, raket sınaqlarının uğurla başa çatdığını bildirib.

  //Samir Qurbanov,Editor.az