İran İsrailə cavab verməyə hazırlaşır, lakin böyük münaqişə istəmirbackend

İran İsrailə cavab verməyə hazırlaşır, lakin böyük münaqişə istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İsrailin Dəməşqdəki İran konsulluğuna hücumundan sonra cavab tədbirləri görməyə hazırlaşarkən, Tehran Yaxın Şərqdə münaqişənin qızışmasından və daha geniş münaqişəyə girməkdən yayınmağa çalışır.

Editor.az bu barədə “Washington Post”a istinadla yazır. “İranın bütün aqressiv ritorikasına baxmayaraq, o, çox güman ki, istənilən cavabı diqqətlə nəzərdən keçirəcək… Ölkə İsraillə atışma aparan və əsas müttəfiqinə hücum edən proxy qüvvələri dəstəkləmək qabiliyyətini qoruyaraq, baha başa gələn müharibəyə cəlb olunmamağa ümid edir”,-deyə nəşr bildirir.

Adı açıqlanmayan analitiklər, Qərb rəsmiləri və İranın dəstəklədiyi silahlı qruplara yaxın şəxslərə əsaslanan xəbərdə deyilir ki, ABŞ Yaxın Şərqin hər yerindədir. İranın dəstəklədiyi Livanın Hizbullah hərəkatı ilə əlaqəsi olan adı açıqlanmayan mənbənin sözlərinə görə, Tehran israillilərin regional müharibəni qızışdırmaq və ya mövcud müharibəni genişləndirmək üçün onları qəsdən reaksiyaya cəlb etdiyinə inanır.

//Gülnarə Abasova, Editor.az