İran İsrailə nə vaxt cavab verəcək? İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani aydınlıq gətirdibackend

İran İsrailə nə vaxt cavab verəcək? İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani aydınlıq gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani əmin edib ki, İran suveren dövlət olmaqla, İsrailin hücumuna dəqiq nə vaxt cavab verəcəyinə özü qərar verəcək, lakin istənilən halda beynəlxalq hüquqa əməl olunacaq.

“Suveren dövlət kimi İran İslam Respublikası bu təcavüz aktına lazım bildiyi vaxt cavab vermək üçün ayrılmaz hüququnu özündə saxlayır və cavab BMT Nizamnaməsinə tam uyğun olacaq”, – İran diplomatı deyib. O, Tehranın cavabının tamamilə qanuni olacağını vurğulayıb. İrəvani aydınlaşdırıb ki, İslam Respublikasının cavabının beynəlxalq hüquq normalarına uyğunluğu 100% olacaq.

İrəvani həmçinin İsrailin zərbə endirərkən, əksinə, beynəlxalq hüququ və BMT Nizamnaməsini pozduğuna diqqət çəkib. O, əlavə edib ki, İsrailin Tehran, Xuzistan və İlam əyalətlərində yerləşən hədəflərə hücumu İranın hava hücumundan müdafiə sistemləri tərəfindən dayandırılıb.

//Samir Qurbanov, Editor.az