İran İsrailə növbəti raket hücumuna başlayıb – SAXAL açıqlama yaydıbackend

İran İsrailə növbəti raket hücumuna başlayıb – SAXAL açıqlama yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrandan İsrailə doğru növbəti hücumlar həyata keçirilir.

Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.

“İrandan İsrail ərazisinə doğru raketlər atılır. SAXAL-ın müdafiə sistemləri raketlərin zərərsizləşdirilməsi üzərində işləyir”, – deyə qurumdan bildirilib.

Daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə və bölgədəki ABŞ bazalarına qarşı “Əsl vəd – 4” əməliyyatının 48-ci mərhələsinin həyata keçirildiyini bəyan edib.