İran İsraili üzərində Həsən Nəsrullah və SEPAH generalı Abbas Nilforuşanın fotoşəkilləri olan raketlərlə vurubbackend

İran İsraili üzərində Həsən Nəsrullah və SEPAH generalı Abbas Nilforuşanın fotoşəkilləri olan raketlərlə vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran oktyabrın 1-də İsraili kütləvi atəşə tutarkən, Livanın şiə təşkilatı “Hizbullah”ın lideri Həsən Nəsrullah və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Abbas Nilforuşanın fotoşəkillərini əks etdirən raketlərdən istifadə edib.

Editor.az bildirir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri sentyabrın 28-də Həsən Nəsrullahın öldürüldüyünü elan edib. O, sentyabrın 27-də Livanın paytaxtı Beyrutda Hizbullahın mərkəzi qərargahına endirilən hava zərbəsi nəticəsində öldürülüb.

Nilforuşanın ölümü sentyabrın 28-də məlum olub. KİV-in məlumatına görə, o, İsrailin Livana endirdiyi zərbə nəticəsində ölüb.

//Samir Qurbanov, Editor.az