İran İsraili vuracaqmı? -SEPAH sözçüsü cavab verdibackend

İran İsraili vuracaqmı? –SEPAH sözçüsü cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə hücuma tələsməyi lazım görmür”. Editor.az xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Əli Məhəmməd Naini bildirib.

Onun sözlərinə görə, İranın cavabı keçmiş əməliyyatlardan fərqli ola bilər: “Zaman bizim tərəfimizdədir və cinayətkar sionist rejimə cavab vermək vaxt ala bilər. İran komandirləri düşməni effektiv şəkildə cəzalandırmaq təcrübəsinə malikdirlər və tələsik hərəkət etməyə meylli deyillər”.

O, həmçinin bildirib ki, İrana qarşı heç bir hücum cavabsız qalmayıb.

Qeyd edək ki,  İran Xarici İşlər Nazirliyinin sözçüsü Hossein Caberi Ansari demişdi ki, Tehranın reaksiyasının xarakteri və vaxtı münaqişənin inkişafından asılıdır. Onun sözlərinə görə, İranın cavabı “hərtərəfli, lakin dəqiq” olacaq.

Xatırladaq ki, İran iyulun 31-də HƏMAS siyasi büro rəhbərinin Tehranda öldürülməsindən sonra İsrailə qarşı böyük hücuma başlayacağına söz verib. “Reuters” xəbər verir ki, Qəzza zolağında atəşkəs əldə olunarsa, İran hücumu təxirə sala bilər.

//Samir Qurbanov, Editor.az