İran İsrailin hərbi bazalarına və ŞABAK-ın qərargahına zərbələr endirdi – VİDEObackend

İran İsrailin hərbi bazalarına və ŞABAK-ın qərargahına zərbələr endirdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran bu gün səhər saatlarında İsrailin Hərbi Hava Qüvvələrinin Palmahim və Ovda bazalarına, eləcə də Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) qərargahına zərbələr endirib.

Oxu.Az xəbər verir ki, bu barədə İran dövlət televiziyası ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Son saatlarda İran ordusu PUA-larla İsrailin Palmahim və Ovda aerodromlarının idarəetmə qülləsinə, uçuş-enmə zolağına və anqarlarına, eləcə də ŞABAK-ın qərargahına zərbələr endirib”.

Xəbərdə bildirilir ki, Palmahimdə “David’s Sling” hava hücumundan müdafiə sistemləri və “Hermes” PUA-ları yerləşdirilib. Ovdada isə ABŞ-nin “F-22” qırıcı təyyarələri mövcuddur.