İran İsrailin mümükün hücumuna hazırlaşır: SEPAH-ın yüksək rütbəli zabitləri Suriyadan geri çağırıldıbackend

İran İsrailin mümükün hücumuna hazırlaşır: SEPAH-ın yüksək rütbəli zabitləri Suriyadan geri çağırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran hökuməti Tehranın son hücumuna İsrailin mümkün cavabına hazırlaşır. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəzi yüksək rütbəli zabitləri Suriyanı tərk edib.

“The Wall Street Journal” Suriya kəşfiyyat xidmətlərinə istinadən yazır ki, İranın regiondakı əsas müttəfiqlərindən biri hesab edilən Livan şiə qruplaşması “Hizbullah” da Suriyadakı zabitlərinin sayını azaldıb.

Qəzetin yazdığına görə, Tehran İsrailin iranlı hərbçilərə və ya yüksək rütbəli məmurlara qarşı qisas ala biləcəyindən ehtiyat edir. Bunun fonunda Qırmızı dənizdə İran ticarət gəmiləri bu ölkənin donanmasının gəmilərinin müşayiəti ilə üzməyə başlayıb. WSJ mənbələri iddia edir ki, orta səviyyəli zabitlər Suriyada qalacaqlar, lakin onlar təhlükəsizlik baxımından yenidən yerləşdiriləcək. SEPAH hərbçiləri gecə hərəkət etməyə çalışır, çünki İsrailin hücumu ehtimalı yüksəkdir.

Ərəb rəsmiləri qəzetə bildiriblər ki, İsrailin regiondakı müttəfiqlərini cavab zərbəsi ilə bağlı xəbərdar etməsi və özünü yalnız Suriyadakı İran hərbi obyektlərinə hücumlarla məhdudlaşdırması gözlənilir. WSJ-nin müsahibə verdiyi hərbi ekspertlər hesab edirlər ki, bu seçim İsrailə həm İranın hücumuna cavab verməyə, həm də münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsindən qaçmağa imkan verəcək. İsrail hələ ki, İranın hücumuna cavabının nə olacağına qərar verməyib. Onun müttəfiqləri isə münaqişəni gərginləşdirməməyə çağırır.

//Samir Qurbanov, Editor.az