İranın hava hücumundan müdafiə qüvvələri ölkə səmasında İsrailə məxsus F-16 qırıcı təyyarəsini vurub.
Oxu.Az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Xəbərə görə təyyarə dünən gecə vurulub. Qeyd olunub ki, bu, hərbi əməliyyatların başlamasından bəri vurulan üçüncü qırıcı təyyarədir.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

