İran kosmosa adam göndərməyə hazırlaşırbackend

İran kosmosa adam göndərməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran kosmosun tədqiqi istiqamətində daha bir addım atıb. Bu ölkə kosmosa Yerdən 130 km məsafədə orbitdə olmağın bütün parametrlərini yayımlayacaq yeni biokapsul göndərib.

Editor.az bildirir ki, bu barədə İranın dövlət xəbər agentliyi “Tasnim” yazıb. Yeni kosmik kapsulun çəkisi 500 kq-dır. O, insanların kosmosda yaşaması üçün şəraiti öyrənmək üçün lazımi avadanlıqla təchiz edilib və insanların kosmosa göndərilməsi üzrə yol xəritəsinin bir hissəsi kimi orbitə buraxılıb.

Biokapsul layihəsi İran Müdafiə Nazirliyinin bölməsi olan Aerokosmik Sənaye Təşkilatının yeni ixtirasıdır.

//Samir Qurbanov, Editor.az