İran lideri Əli Xamneyi bəzi Qərb ölkələrinin Qəzzada dinc sakinləri öldürülməsinə baxmayaraq İsrailin yanında olmasına reaksiya verib.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Xamneyi İnqilab Keşikçiləri Ordusunun Milis Qüvvələri (Bəsic) Həftəsi münasibətilə Tehranda etdiyi çıxışda İsrailin Qəzzaya hücumları ilə bağlı qiymətləndirmələr edib: “Bu, Qərb mədəniyyəti və sivilizasiyasıdır. 5000 uşaq fosfor bombası ilə öldürülür, “İsrail özünü müdafiə edir” deyirlər. Özünü müdafiə etmək belə olur ? Bu hadisə Qərb mədəniyyətini utandırmalıdır”.
HƏMAS-ın başlatdığı Əqsa tufanı ilə bağlı isə Xamenei bunları deyib: “Əl-Əqsa tufanı hadisəsi ABŞ-ın bölgə ilə bağlı siyasi planlarını alt-üst etdi. Bu daşqın davam edərsə, onların planlarını məhv edəcək”.
Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus epidemiya riskinin artdığı Qəzza üçün “daimi atəşkəs”ə çağırıb.
Qebreyesus “X” sosial media platformasında İsrailin sıx hücumlarının böyük dağıntılara səbəb olması ilə bağlı paylaşım edib.
//Səbinə Hüseynli, Editor.az

