İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) və BMT-ni ölkənin nüvə obyektlərinə İsraildən gələn təhdidlər barədə xəbərdar edib.
O, bu təhdidləri qəbuledilməz adlandırıb və onların beynəlxalq hüquqa zidd olduğunu qeyd edib. “İran bu təhdidləri beynəlxalq ictimaiyyətin təhlükəsizliyinə təhdid hesab edir və bununla əlaqədar olaraq Beynəlxalq Atom Enerjisi Agentliyinə və BMT Təhlükəsizlik Şurasına yazılı etiraz göndərib”, – cənab Baqayi mətbuat konfransında bildirib.
Xatırladaq ki, oktyabrın 1-də İran 180-ə yaxın raket ataraq İsrailə kütləvi hücuma keçmişdi. İsrailin baş naziri Benjamin ABŞ-a ordunun cavab olaraq İran hərbi obyektlərinə hücum edəcəyi barədə məlumat verib. İranın xarici işlər naziri Abbas Əraqçi xəbərdarlıq edib ki, ölkənin nüvə obyektlərinə hər hansı hücum “qırmızı xətti” keçmək kimi qiymətləndiriləcək və İran komandanlığı artıq İsrailə cavab zərbəsi endirmək üçün “bütün hədəflərini müəyyən edib”.
//Samir Qurbanov, Editor.az

