“İran fars rejimi heç vaxt Azərbaycan üçün dost və qardaş ölkə olmayıb. Onlar istəsələr belə bizə dost ola bilməzlər, çünki bu, tarixin məntiqinə zidd olardı. İran Azərbaycan bir tərəfə, heç öz ölkəsinin vətəndaşı olan azərbaycanlıların belə dostu deyil, o ki qala bizə dost ola…”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Siyasi analitik vurğulayıb ki, İran rejimi nə qədər maskalanıb özünü bizə yaxın göstərməyə çalışsa da, artıq son həddə çatanda öz iç üzünü göstərməyə məcbur oldu və maskasını çıxartdı:
” Tehran Cənubi Azərbaycanın gec-tez İrandan ayrılacağını yaxşı bilir. Cənubi Azərbaycanın ərazilərinə İran tərəfindən diqqət yetirilməməsi, investisiya qoyulmaması, Urmu gölünün qurumasına laqeydliyin əsas səbəbi İran rəsmilərinin özlərinin açıqlamaların məlumdur. ” Cənubi Azərbaycanın onsuz da Şimalla birləşəcək. Niyə ora artıq xərc çəkək”- dedikləri, həqiqətdir. İranda baş verən aksiyaların kökündə dayanan səbəblər hələ ki müstəqillik tələbi ilə nəticələnəcəyinə ümid yaratmasa da hesab etmək olar ki, son nəticədə əgər Azərbaycan dövləti fikrini qətiləşdirib konkret olaraq İranın dağılmasına səbəb olacaq proseslərə start verərsə, əminəm ki, son nəticədə Cənubla Şimalın birləşməsinin şahidi olacağıq və Bütöv Azərbaycan qurulacaq”.
A. Qasımov qeyd edir ki, İranın Ermənistanla yaxınlığı coğrafi əraziyə görədir:
“Ermənistan ərazisi İran üçün narkotik, qaçaqmalçılığa uyğun ərazidir. Bu ərazidə erməni yox, hansısa bir İslam düşməni bir ölkə olsayd, belə İran onunla yenə də bir yerdə hərəkət edəcəkdi. Rəsmi Tehranın dərdi İslam, müsəlman aləmi filan deyil. İran fars rejiminin müsəlman dini altında pərdələnmiş şeytan hakimiyyətinin dərdi digər şeytanlarla birlikdə Türk və İslam dünyasını birləşməsinə mane olmaq, buna qarşı birlikdə fəaliyyət göstərmək, həmin şeytani əlaqələr hesabına alçaq və mənəviyyatsız yollardan qazanc əldə etməkdir. İran fars rejimi və Ermənistan bunun üçün bir-birinə yaraşan, əsl dindaşlar olan şeytanın xidmətçisi, insanlıq əleyhinə iki toplumdur.
//Gülnarə Abasova, Editor.az

