İran müharibəyə qoşularsa, ABŞ hərəkətə keçəcək: Qanun layihəsi hazırlanırbackend

İran müharibəyə qoşularsa, ABŞ hərəkətə keçəcək: Qanun layihəsi hazırlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Nümayəndələr Palatası İsrail və Fələstinin HƏMAS qruplaşması arasında müharibənin şiddətləndiyi təqdirdə ABŞ hərbi qüvvələrinin istifadəsinə icazə verən qanun layihəsi hazırlayacaq.

Editor.az bildirir ki, bunu Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Makkol bildirib. Makkol qanunun qüvvəyə minməsinin tələb olunmayacağına ümid etdiyini bildirib. “Ümid edirəm ki, bu qanun layihəsini imzalamağıma etiyac olmayacaq.

Lakin bizim Yaxın Şərqdə gündən-günə pisləşən bir vəziyyət var”, – deyə Maykl Makkal CNN-ə müsahibəsində bildirib. O qeyd edib ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağında quru əməliyyatına başlayarsa, Yaxın Şərqdəki münaqişə genişlənə bilər. Livan “Hizbullah” hərəkatı və İran artıq bu halda ikinci cəbhə açmaqla hədələyiblər, – Makkol vurğulayıb. Komitə sədri aydınlıq gətirib ki, qanun layihəsində böyük ehtimalla İran münaqişə tərəfi kimi qeyd edilməyəcək.

Çox güman ki, HƏMAS,” Hizbullah”, eləcə də “İranın dəstəklədiyi şiə könülllüləri” daxil olacaq. Maykl Makkol onu da vurğulayıb ki, İran ordusu münaqişədə birbaşa iştirak edərsə, layihəyə bütöv bir dövlət də əlavə edilməli olacaq. Onun sözlərinə görə, istənilən belə qanun layihəsi Amerika ictimaiyyətinin dəstəyini qazanmalıdır. “Mən indi ehtiyac olarsa, bir layihə hazırlayıram, amma ən əsası o, Amerika xalqı tərəfindən dəstəklənməlidir”, – komitə rəhbəri deyib.

//Samir Qurbanov, Editor.az