İran: “Münaqişədən sonra Taliban ilə danışıqlar aparıldı, problem həll olundu”backend

İran: “Münaqişədən sonra Taliban ilə danışıqlar aparıldı, problem həll olundu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın daxili işlər naziri Əhməd Vahidi sərhəddə baş verən qarşıdurmadan sonra Taliban rəsmiləri ilə danışıqlar apardıqlarını, problemin həll olunduğunu və təhlükəsizliyin təmin edildiyini bildirib.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, nazir bu barədə İranın dövlət televiziyasına verdiyi açıqlamasında qeyd edib.

“Qısamüddətli qarşıdurma oldu. Taliban tərəfi ilə danışıqlar aparıldı, problem həll olundu. Hazırda heç bir problem yoxdur. Sərhəd sakit və açıqdır”,-deyə bildirilib.

Qeyd edək ki, İran dünən bəyan edib ki, sərhədçilər ilə Taliban qüvvələri arasında sərhəddə baş verən qarşıdurma zamanı 2 iranlı sərhədçi həlak olub. Taliban isə qarşıdurmada üzvlərindən birinin öldürüldüyünü açıqlayıb. Tərəflər bir-birini münaqişənin başlamasında ittiham ediblər.

//Safura Bənnayeva, Editor.az