İran nə etmək istəyir?- Rəisinin ikibaşlı açıqlaması…backend

İran nə etmək istəyir?– Rəisinin ikibaşlı açıqlaması…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti İbrahim Rəisi Ermənistan baş naziri Nikol Paşinyanla Tehranda keçirilmiş görüşün nəticələrini təşkil olunmuş brifinqdə bəyan edib ki, kənar qüvvələrin bölgəyə gətirilməsi  problem yaradacaq: “Qafqaz regionu İranın mədəni və sivilizasiya keçmişinin bir hissəsidir və biz bu regiona həssaslıqla yanaşırıq. Regionda təhlükəsizlik və sülhün bərqərar edilməsi İran İslam Respublikası üçün çox mühümdür. Danışıqların gedişində biz bu nəticəyə gəldik ki, regionun məsələləri və problemləri müstəsna olaraq region ölkələri nümayəndələrinin vasitəsilə həll edilməlidir. Regionda xarici qüvvələrin olması nəinki heç bir problemi həll etmir, əksinə onları daha da dərinləşdirir”.

Məsələyə münasibət bildirən politoloq Yeganə Hacıyeva bildirib ki, İranın etirazlarını Ermənistana aid etmək düzgün deyil:

“O fikirlərdən nə əvvəl, nə də sonra bu mövzuda İranın hansısa mənfi açıqlaması olmayıb. İran prezidentinin “regional açarlar region məmurlarının əlində olmalıdır” sözü əslində Ermənistan üçün səslənməlidir. Amma son proseslərdə İranın yanaşmasından həmin fikirlərin Azərbaycana qarşı olduğunun şahidi oluruq.Bu da onun daxili aksiyalarıdır. İran Ermənistana göstərmək istəyir ki, Azərbaycanla münasibətlər nə yerdədir. Bundan öncəki kimi “U” dönüşü edib, müəyyən imtiyazlar əldə etdikdən sonra əksinə “U” dönüşü etməmişik. Buna görə də biz bunu İranın yalan təbliğatının bir hissəsi kimi qəbul etməliyik”.
 
//Safura Bənnayeva, Editor.az