İran niyə narahatdır?- “Azərbaycan-Türkiyə birliyinin məqsədi…”backend

İran niyə narahatdır?- “Azərbaycan-Türkiyə birliyinin məqsədi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Xəzər dənizinin ona aid olan sektorunda Türkiyə ilə birgə istədiyi tədbiri keçirməyə sərbəstdir.İran nə tez 20 ildən çox uzadıb imzalamaqdan boyun qaçırdığı Xəzər dənizinin bölünməsi müqaviləsinə sahib çıxmaq qərarına gəlib?”

Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi Azər Qasımov deyib.

Onun sözlərinə görə Azərbaycan ictimaiyyəti İran hərbi gəmilərinin Xəzər dənizində mübahisəli sektorda neft üstündə bizə hədə-qorxu məqsədli reydlərini unutmayıb:

“Həmin dövrdə Türkiyənin hərbi qırıcılarının Xəzər dənizinin üzərindən uçuşu İranın “qəzəbini” yatırtmışdı.Azərbaycan Türkiyə ilə Xəzər dənizinin ona aid hissəsində geniş şəkildə hərbi gəmilərlə təlim yox, sadəcə müəyyən təhlükələrə qarşı hazırlıq təlimləri keçiblər ki, bu da terrorizm, neft qurğularının müdafiəsi, cinayətkar qrupların neytrallaşdırılması kimi hallar üçün nəzərdə tutulub.
İran öz xislətinə uyğun olaraq öz müsəlman ölkədaşlarının adi fəaliyyətini belə özü üçün təhlükə hiss edir. Hansı ki, bir bu, tamamilə başqa məqsədlər üçün nəzərdə tutulan tədbirdir”.

Siyasi analitik qeyd edib ki, İran dövləti yaxşı olar ki, öz fəaliyyətinə nəzarət etsin:

“Qarabağın Azərbaycanın nəzarətindən kənar erməni əhalisi yaşayan bölgəsinə yük daşıyan maşınların ardı-arası kəsilmir. Bu, dəfələrlə Azərbaycanın etirazına səbəb olsa da, İran tərəfi buna əhəmiyyət qoymayaraq, öz qeyri-məqbul hərəkətlərini davam etdirir. Bu baxımdan Azərbaycanın Xəzər dənizinin ona aid hissəsində hansısa fəaliyyətini bu hərəkətinə cavab hesab edir. Hesab edirəm ki, İran özünü bu qədər narahat hiss etməməlidir. Azərbaycan-Türkiyə birliyinin məqsəd və məramı hansısa üçüncü ölkəyə qarşı çevrilməyib. Bu birliyin kökündə regionda sülh və sabitlik yaranması üçün fəaliyyət dayanır”.

//Gülnarə Abasova, Editor.az