İran “nüvə sazişi” ilə bağlı danışıqların mümkün olduğunu açıqlayıbbackend

İran “nüvə sazişi” ilə bağlı danışıqların mümkün olduğunu açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) iştirakçıları “sanksiyaların ləğvi müqabilində etimad” əsasında danışıqları davam etdirə bilərlər.

Editor.az RİA Novosti-yə istinarla xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat yayıb. Onun sözlərinə görə, ilk növbədə danışıqların bərpası üçün münasib zəmin yaratmaq lazımdır. O, tərəflərin Qərbdən sanksiyaların götürülməsi müqabilində İran üçün etimad yaradan köhnə JCPOA düsturuna qayıda biləcəyini vurğulayıb. Nazir əlavə edib ki, bu halda çox şey tərəflərin bərabər mövqelərdə dialoqun davam etdirilməsi üçün qarşılıqlı anlaşma platforması tapa bilməyəcəyindən asılıdır.

Qeyd edək ki, iyulun 26-da məlum olub ki, Amerika rəsmiləri Ağ Evin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üzrə danışıqlara qayıtmağa hazır olduğu barədə İrana məlumat veriblər.

//Gülnarə Abasova, Editor.az