İran nüvə silahı ilə bağlı “Birgə Hərtərəfli Fəaliyyət Planı” (JCPOA) üzrə öhdəliklərin yerinə yetirilməsinə qayıtmağa hazırdır – Məsud Pezeşkianbackend

İran nüvə silahı ilə bağlı “Birgə Hərtərəfli Fəaliyyət Planı” (JCPOA) üzrə öhdəliklərin yerinə yetirilməsinə qayıtmağa hazırdır – Məsud Pezeşkian

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda deyib ki, İran nüvə silahı yaratmağa çalışmır, əksinə, Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə öhdəliklərin yerinə yetirilməsinə tam şəkildə qayıtmağa hazırdır.

“Biz saziş üzrə öhdəliklərimizə qayıtmağa tam hazırıq, lakin belə olmamalıdır ki, ABŞ və Avropa ölkələri öz öhdəliklərini yerinə yetirmək istəməyib, öz növbəsində bizdən öz öhdəliklərimizə qayıtmağımızı xahiş etsin”, – Məsud Pezeşkian bildirib.

O vurğulayıb ki, İranın hərbi doktrinasında nüvə silahına yer yoxdur. İranın ali lideri Əli Xamneyinin hazırkı fətvası İslam dininə zidd olaraq nüvə silahının istehsalını qanuni olaraq qadağan edir – bu, İranın nüvə proqramının müstəsna olaraq dinc xarakter daşımasından xəbər verir, – İran rəhbəri qeyd edib.

//Samir Qurbanov, Editor.az