İran “odla” OYNAYIR: “Bu regiona çox böyük fəlakət gətirəcək”backend

İran “odla” OYNAYIR: “Bu, regiona çox böyük fəlakət gətirəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən həftə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi Tehrana səfər etdi. Səfərin yekununa dair hesabat gələn ilin yazına qədər hazırlanacaq. Bununla belə Avropa Üçlüyü ( Almaniya, Fransa, Böyük Britaniya) İranın Atom məsələsi ilə bağlı beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etmədiyini vurğulayır. Bu isə o deməkdir ki, Tehran hakimiyyəti nüvə proqramının icrasında şəffaflığa əməl etmir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, İranşünas Sədrəddin Soltan deyib.

Ötən həftə Tehran hakimiyyəti AEBA-ya  açıqlamasına və Avropa Üçlüyünün bəyanatına cavab olaraq bildirib ki, İran 60-80 faiz uranı zənginləşdirməyə hazırdır:

” Ayətulla Seyyid Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri bu günlərdə bildirib ki, İran 48 saat deyil, 28 saata atom nüvə proqramını işə sala bilər. Bu isə o deməkdir ki, Tehran hakimiyyəti nüvə silahını əldə etməyin bir addımlığındadır. İranın nüvə silahı əldə etməsi isə regionda gərginliyin artmasına, Tehrana qarşı beynəlxalq aksiyaların genişlənməsinə, daha da sərtləşməsinə səbəb ola bilər. Əgər İrana qarşı indiki əməliyyatlar İraq, Suriya, Livan, Fələstin, Yəmən ərazilərində aparılırdısa bu yeni perspektivdə İranın daxilinə sirayət edə bilər. Yaxın keçmişdə buna misal ola biləcək İraq timsalı var. Tehran hakimiyyətinin bu şəkildə bəyanatları ona qarşı aksiyaların sərtləşməsinə səbəb ola bilər. Tehran hakimiyyəti bu bəyanatlarla Qərbi, ABŞ, Avropa Üçlüyü, İsraili yürütdükləri siyasətdən çəkindirməyə çalışsa da bu, İrana baha başa gələ bilər. İranın bir sıra bəzi deputat və rəsmiləri artıq nüvə silahını əldə etməyin vaxtı çatdığını da bəyan edir. Bu isə Tehran üçün daha təhlükəli ola bilər. Bəzi rəsmiləri isə hesab edir ki,  İran nüvə silahı əldə edərsə, ona qarşı belə sərt davranılmaz. Ancaq nəzərə almaq lazımdır ki, Tehran hakimiyyətinin atom silahı əldə etməsi həm Rusiya, həm Çin, həm də Şimali Koreya üçün də problem yarada bilər. Odur ki, İranın nüvə məsələsi zahiri cəhətdən regionda İranı müdafiə etmək üçün diplomatiyanı müdafiə silahı hesab olunsa da əslində çox böyük gərginliklər yarada bilər. Məsələn İsrailin yeni müdafiə naziri bəyan edib ki, İranın nüvə silahı əldə etməsinə heç bir halda imkan verilməyəcək. Düzdür, İrana edilən sonuncu hücum zamanı İsrail nüvə obyektlərini vurmadığını bəyan etsə də, növbəti addımda hədəfdə nüvə obyektlərinin olma ehtimalı var. Bu isə İran və region üçün çox böyük fəlakət deməkdir. Odur ki, İran indiki vəziyyətdə odla oynayır”.

//Gülnarə Abasova, Editor.az