“İran ölkəmizə qarşı anlaşılmaz mövqedən çıxış edir”-Politoloqdan ŞƏRHbackend

“İran ölkəmizə qarşı anlaşılmaz mövqedən çıxış edir”-Politoloqdan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” İranın dünya arenasındakı vəziyyətinə şahidik. Onun mövqeyi xoşagəlimli deyil. Bir çox ölkələrin Qərb qütbü ilə münasibətləri durmadan gərginləşir və səngimə meylləri hələ ki gözə çarpmır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, İranın ilk növbədə düşüncəsi ondan ibarət olmalıdır ki, sağlam ölkələrlə, qonşularla münasibətlərini normallaşdırsın:

“ Bu, rəsmi Tehranın daxilində aparıcı qrupların, siyasi elitanın müxtəlif qanadlarına aid dəstələrin çəkişməsindən irəli gələn məsələdir. Çünki İranda həqiqətən də Azərbaycanın dostları, ölkəmizi təqdir edən siyasi qruplar var. Lakin Azərbaycanı sevməyən və qələbələrini həzm edə bilməyənlər də var. Düşünürəm ki, onlar ümumiyyətlə, yanlış mövqedədirlər. İran ilk növbədə qonşuları ilə münasibətini normallaşdırmalıdır. Əgər anlaşılmazlıqlar varsa, dialoqu inkar etmək olmaz. Amma baş verən proseslərdən qeyri-sağlam yanaşmanın özünü biruzə verdiyini görürük.
İran Azərbaycanla münasibətlərində sağlam mühiti formalaşdırmaq istəyirsə, gərək öz həyata keçirdiyi addımların fərqinə varsın və bilsin ki, Azərbaycan dövləti zəif deyil, rəsmi Tehranla bağlı məkrli niyyətlərimiz yoxdur”.

Politoloqun fikrincə, ermənilər harda olur-olsun çalışırlar ki, Azərbaycan maraqlarına zərbə endirsinlər:

“Ölkəmizlə düşmənçiliyə üstünlük verən qüvvələrdən də sui-istifadə edirlər. Bununla da Azərbaycana mənfi siyasi təsirlərini artırmağı fikirləşirlər. Lakin ermənilərin İran siyasətində o qədər də gözə çarpacaq çəkisi yoxdur. İranda bizim soydaşlarımız yaşayır. Onlar demək olar ki, həyatın bütün sferalarında ən yüksək təbəqələrdə təmsil olunublar. Ən azı bu göstəriciyə görə İran gərək, Azərbaycanla, azərbaycanlılarla da istər daxildə, istərsə də xaricdə münasibətlərini tarazlaşdırsın, normallaşdırsın. Əksinə elə yumşaq güc alətlərinə üstünlük versin ki, onlar ortaq mənfəətimizi artıra bilsin. Biz İranla küsülü deyildik, hər hansı düşmənçilik niyyətimiz yox idi. Ancaq İran bu proseslərdə özünü anlaşılmaz mövqedə ifadə edir”.

//Safura Bənnayeva, Editor.az