İran ordusuna hazırlıq əmri verildibackend

İran ordusuna hazırlıq əmri verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildən cavab zərbəsi gözləntiləri fonunda İran hakimiyyəti silahlı qüvvələrə müharibəyə hazır olmağı əmr edib.

Editor.az bildirir ki, bu barədə “The New York Times” (NYT) İran rəsmilərinə istinadən yazıb. Dörd mənbənin NYT-yə verdiyi məlumata görə, İranın ali lideri Əli Xamneyi hərbçilərə İsrailin mümkün hücumuna cavab olaraq həyata keçiriləcək bir neçə hərbi plan hazırlamağı əmr edib.

Onlar qeyd ediblər ki, Tehranın hərəkətlərinin miqyası əsasən İsrailin mümkün zərbələrinin nəticələrindən asılı olacaq. Həmsöhbətlərdən birinin sözlərinə görə, İran hücuma yalnız neft, enerji və ya nüvə infrastrukturuna ciddi ziyan dəyəcəyi və böyük itkilər verəcəyi halda cavab verəcək. “İsrailin hücumu simvolik və məhdud olarsa, biz onu buraxmalı və pinq-ponq hücumlarına son qoymalıyıq”-deyib.

Daha iki İran rəsmisi bildirib ki, İran cavab olaraq İsrailə 1000-ə qədər ballistik raket buraxa bilər. Onlar əlavə ediblər ki, Tehran həmçinin informasiya infrastrukturuna hücum edə və Fars və Hörmüz boğazları vasitəsilə daşımalara mane ola bilər.

Xatırladaq ki, İsrailin cavab verməsi gözlənilən böyük raket zərbəsi İran tərəfindən oktyabrın 1-də həyata keçirilib. “Washington Post” yazıb ki, İsrail baş naziri ABŞ prezidenti Co Baydenə İranın hərbi obyektlərinə hücum planları barədə danışıb. Media həmçinin nüvə və ya neft obyektlərinə hücumların mümkünlüyü barədə məlumat verib.

//Samir Qurbanov, Editor.az