İran ordusunun quru qoşunları yerli atıcı silahlarla silahlanırbackend

İran ordusunun quru qoşunları yerli atıcı silahlarla silahlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ordusunun quru qoşunlarının komandanı, briqada generalı Kiumars Heydari bildirib ki, İran ordusunda xidmətdə olan alman “Heckler & Koch HK G3” avtomat tüfəngi tədricən tamamilə İrana məxsus “Masaf” avtomatı ilə əvəzlənir.

“7,62 mm-lik “Masaf” avtomatının kütləvi istehsalı və təhvil verilməsi prosesi artıq başlayıb və hazırda onun ordu hissələrinə təhvil verilməsi davam edir”, – General Heydari deyib.

İranın İRNA agentliyi xəbər verir ki, İran ordusunun istifadə etdiyi bütün texnika və silahlar, o cümlədən atıcı silahlar, Müdafiə Nazirliyi və İran ordusunun quru qoşunları tərəfindən hazırlanıb. General İran Silahlı Qüvvələrinin “Zülfəqar 1403” təlimlərinin gedişindən də danışaraq, təlimin quru hissəsində ölkənin quru qoşunlarının unikal döyüş qabiliyyətini nümayiş etdirdiyini bildirib.

//Samir Qurbanov, Editor.az