İran və onun regional müttəfiqləri cümə axşamı Fələstinin “Həmas” qruplaşmasının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə İsrailə cavab ssenarilərini müzakirə etməyə davam ediblər.
Editor.az “Reuters”ə istinadən bildirir ki, avqustun 1-də Tehranda İran hakimiyyəti Livan, Yəmən və İraqdan olan dost silahlı birləşmələrin nümayəndələrinin iştirakı ilə bu məsələ ilə bağlı görüş keçirilib. Bu arada İsrail bütün qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib.
Avqustun 1-də cümə günü Qətərdə dəfn olunacaq İsmayıl Haniyə ilə Tehranda vida mərasimi keçirilib. Dəfn mərasiminin keçirildiyi Tehran Universitetinin həyətində toplaşan kütlə İsrail əleyhinə şüarlar səsləndirib. Mərasimdən sonra İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd-Bağer Qalibaf bildirib ki, “Müqavimət oxu” (Tehran və Livan, İraq və Yəməndəki iranpərəst qüvvələr) İsmayil Haniyyə görə “intiqam almaq” üçün müxtəlif variantları araşdırır”.
//Samir Qurbanov, Editor.az

