İran öz nüvə proqramı ilə bağlı danışıqlara hazırdır – prezident Məsud Pezeşkianbackend

İran öz nüvə proqramı ilə bağlı danışıqlara hazırdır – prezident Məsud Pezeşkian

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran öz nüvə proqramı ilə bağlı danışıqlara İran xalqının hüquqlarına riayət olunması şərti ilə razıdır.

Editor.az xəbər verir ki, bu barədə ölkə başçısı Məsud Pezeşkian Yaponiyanın baş naziri Fumio Kaşida ilə telefon danışığında bildirib.

O əlavə edib ki, Birləşmiş Ştatlar əvvəlcə İran və 5+1 qrupu (ABŞ, Rusiya, Böyük Britaniya, Çin, Almaniya və Fransa) tərəfindən imzalanan Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) çıxıb və daha sonra ABŞ ölkəyə qarşı sanksiyalar və sərt tədbirlər tətbiq edib. Buna baxmayaraq, Pezeşkianın sözlərinə görə, İran danışıqlara başlamağa hazırdır. Yaponiyanın baş naziri söhbətdə qeyd edib ki, o və bütün dünya birliyi İranın yeni hökumətinin nüvə sazişinin bərpası istiqamətində səmərəli fəaliyyətinə ümid edir.

Bu məsələdə Yaponiya Amerika Birləşmiş Ştatları ilə sıx əməkdaşlığa və İslam Respublikası ilə ənənəvi dostluğa malik olduğundan məsələnin həllində üçüncü tərəf kimi çıxış etməyə hazırdır. Söhbət zamanı siyasətçilər Tehran və Tokio arasında əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, ölkə JCPOA-nın bərpası və məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı ABŞ-la danışıqlara hazırdır. Diplomat Nasser Kananinin sözlərinə görə, bunun əsasını respublikanın keçmiş prezidenti İbrahim Rəisi yaradıb.

//Samir Qurbanov, Editor.az