İran ABŞ prezidenti Donald Trampın təhdidlərinə baxmayaraq, nüvə enerjisinin inkişafına yönəlmiş öz sülhməramlı nüvə proqramının inkişafını dayandırmağı planlaşdırmır.
“İran nüvə silahı əldə etmək niyyətində deyil, lakin sülh məqsədləri üçün nüvə enerjisinə sərmayə qoymağa davam etmək niyyətindədir”, – Məcid Təxt-Rəvançı deyib. Diplomat əlavə edib ki, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) üzvüdür və onun bu sahədə siyasəti son dərəcə şəffafdır. Bunu İslam Respublikasının Ali Rəhbəri Əli Xamenei müəyyən edir.
Xatırladaq ki, bir müddət əvvəl İran prezidenti Məsud Pezeşkian MAQATE rəhbəri ilə görüşdə ölkənin nüvə silahı yaratmaq planlarının olmadığını açıqlamışdı. Ölkə heç vaxt İranın ali dini lideri Əli Xamneyinin fətvasına əsaslanaraq nüvə silahı hazırlamağa cəhd etməyib və İranın nüvə proqramının dinc xarakter daşıdığına heç bir şübhə qalmaması üçün ölkə MAQATE ilə əməkdaşlığa hazırdır.
//Samir Qurbanov, Editor.az