İran Məclisinin (parlament) üzvü Məhəmməd Qasım Osmani Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinə görə İsrailin baş naziri Binyamin Netanyahunu qan intiqamı olaraq aradan götürməklə hədələyib.
Deputat bildirib ki, İran fələstinli siyasətçinin ölümünə görə qisas almaq üçün doğru anı seçəcək. Onun sözlərinə görə, İsrail “o qədər həyasızlaşıb” ki, artıq Tehranda “qonağın qanını tökür”. “Ümid edirəm ki, İsmayıl Haniyə üçün qan intiqamı olaraq daha bir “Doğru Vəd” əməliyyatı həyata keçiriləcək. Biz Netanyahunun ölümündən başqa heç nə ilə razılaşmırıq”, -deyə Osmani burğulayıb. Məhəmməd Qasim Osmaninin təsvir etdiyi “Doğru vəd” əməliyyatı aprelin 1-də İranın Suriyadakı konsulluğuna edilən hücuma cavab olaraq aprelin 14-nə keçən gecə həyata keçirilib. Daha sonra İran pilotsuz təyyarələr və qanadlı raketlərlə İsrailə kütləvi hücuma keçib. İDF-nin məlumatına görə, 300-ə yaxın buraxılış qeydə alınıb və onların 99%-i ələ keçirilib.
Xatırladaq ki, HƏMAS Siyasi Büro lideri iyulun 31-də İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gəldikdən sonra öldürülüb.
//Samir Qurbanov, Editor.az