“Dünya xilaskar gözləyir və bu şəxs hazırda sağdır”.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə İran dövlət televiziyasıa açıqlamasında İran prezidenti İbrahim Rəisi qeyd edib.
“Dünya öz xilaskarını gözləyir. Bütün səmavi dinlər bunu vəd edib. Bu xilaskar mövcuddur və indi də yaşayır. Biz inanırıq ki, ilahi iradə və peyğəmbərlərin vəd etdiyi kimi, ədalət yer üzünü bürüyəcək. Allahın saleh bəndələri bütün yer üzündə hökmranlıq edəcəklər. Agahlıq artdıqca cəhalət aradan qalxdıqca insanlıq ayağa qalxacaq. Dünya ilahi əmrin yerinə yetməsini gözləyir”,-deyə o bildirib.
ABŞ-ın nüvə anlaşmasından çıxması ilə bağlı tənqidlərini təkrarlayan Rəisi Vaşinqton administrasiyasının bu münasibətini “tiranlıq” kimi qiymətləndirib.
“ABŞ-ın nüvə anlaşmasından çıxması razılaşmaya bağlılıq prinsipinin pozulması idi. Amerikanın bu davranışı iddiasının əksinə olaraq əməkdaşlıq yerinə qanunsuzluq və tiranlığı əvəz edir”,-deyə o, bildirib.
//Safura Bənnayeva, Editor.az