İran prezidenti hicabla bağlı yeni qanuna veto qoyubbackend

İran prezidenti hicabla bağlı yeni qanuna veto qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Euronews” xəbər verir ki, İranın dövlət başçısı Məsud Pezeşkian parlamentin təşəbbüsünü dəstəkləməyib və hicabla bağlı yeni, daha sərt qanuna veto qoyub.

İndi respublikada artıq qanun var ki, ona əsasən qadınların ictimai yerlərdə hicab taxması məcburidir. Hicab taxmamaq cərimə və həbslə nəticələnə bilər. Qanunun yeni redaksiyası cəzanın sərtləşdirilməsini – cərimələrin və həbs müddətlərinin artırılmasını nəzərdə tuturdu.

İran prezidentinin sözlərinə görə, yeni qanun 2022-ci ildə olduğu kimi ölkədə kütləvi etirazlara səbəb ola bilər. O, veto hüququndan istifadə edərək hicabla bağlı qanunun tətbiqi prosesini dayandırıb.

//Samir Qurbanov, Editor.az