İran prezidenti İbrahim Rəisi dekabrın 7-də Moskvaya uçacaq. Səfərin məqsədi Rusiya lideri Vladimir Putinlə Rusiya və İran arasında əməkdaşlığın ticari-iqtisadi və siyasi aspektləri üzrə qarşıdan gələn ikitərəfli danışıqlar olacaq.
Editor.az bildirir ki, bu barədə İranın dövlət agentliyi “Tasnim” yazıb. “Cümə axşamı səhər İran prezidenti dövlət rəsmiləri və ticarət-iqtisadi dairələrinin nümayəndələrindən ibarət yüksək səviyyəli nümayəndə heyətinin başında Moskvaya gedəcək”, agentlik xəbər verir.
Səfər Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq. Rəisi Rusiya və İran arasında ikitərəfli məsələlər, o cümlədən iqtisadi sahədə əməkdaşlıq üzrə məsləhətləşmələrdən əlavə, bir sıra regional və beynəlxalq məsələləri, xüsusilə Fələstindəki vəziyyət və Qəzza zolağındakı son hadisələri müzakirə etməyi planlaşdırır.
//Samir Qurbanov, Editor.az