İran prezidenti Məsud Pezeşkiandan maraqlı ideya: İslam ölkələri arasında sərhəd nəzarəti götürülsünbackend

İran prezidenti Məsud Pezeşkiandan maraqlı ideya: İslam ölkələri arasında sərhəd nəzarəti götürülsün

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslam ölkələri, sərhəd nəzarətinin olmadığı Avropa Birliyi kimi, sərhədləri ləğv etmək barədə düşünməlidir.

Müvafiq təklifi İran prezidenti Məsud Pezeşkian iraqlı həmkarı Əbdüllətif Rəşidlə Bağdadda keçirilən danışıqlarda səsləndirib. Siyasətçi izah edib ki, onun ideyasını həyata keçirmək üçün İslam ölkələri assosiasiyası yaratmaq lazımdır.

İslam Respublikasının prezidenti öz layihəsinin üstünlüklərini qeyd edib: İslam ölkələrinin yaxınlaşması müxtəlif sahələrdə inkişafa təkan verəcək və İslam ölkələrinə qarşı sanksiyaları qüvvədən salacaq.
Xatırladaq ki, Pezeşkian bu gün ilk xarici səfəri ilə İraqa gedib.

//Samir Qurbanov, Editor.az