Bu gün İran prezidenti postuna namizədlərin qeydə alınmasının son günündə qələbəyə əsas namizədlərdən biri, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf sənədləri seçki qərargahına gətirib.
O, 12 il – 2005-ci ildən Tehranın meri olub. Siyasətçi 2005-ci ildə prezident seçkilərində iştirak edib. Həmin seçkidə Mahmud Əhmədinejad gəlmişdi.
Bundan başqa, bu gün Yollar Nazirliyinin rəhbəri Mehrdad Bəzrpaşın namizədliyi də qeydə alınıb. Nazir eyni zamanda İran-Azərbaycan komissiyasının həmsədri vəzifəsini də icra edir.
//Samir Qurbanov, Editor.az

