İran İnqilab Keşikçiləri Ordusunun polkovnikinin paytaxt Tehranda öldürülməsinin əks-sədası davam edir. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, dünən baş verən sui-qəsddən sonra İran prezidenti İbrahim Rəisi açıqlama verib.
“Dünən düşmənlər tərəfindən polkovnik Həsən Seyyad Hoday öldürülüb. Bu sui-qəsdin qisasını alacağıq. Şəhidin qanını yerdə qoymayacağıq”, -deyə Rəisi bildirib.
İran İnqilabi Keşikçiləri ordusundan verilən məlumata görə, sui-qəsd ABŞ-ın daxil olduğu beynəlxalq şəbəkə tərəfindən həyata keçirilib.
Qeyd edək ki, öldürülən polkovnik Qasım Süleymaninin 3 yanvar 2020-ci ildə ABŞ qüvvələri tərəfindən öldürülməsindən sonra hədəfə alınan ilk rütbəli zabit oldu.
//Nəzərbəy, Editor.az

