İran prezidenti İbrahim Rəisi rəsmi Suriyaya rəsmi səfərə gəlib.
Editor.az bu barədə SANA xəbər agentliyinə istinadən xəbər verir. Xəbərə görə, İran lideri Suriya prezidenti Bəşər Əsədlə təfərrüatlı danışıqlar aparmaq niyyətindədir.
Dövlət başçıları Suriya-İran münasibətlərinin siyasi və iqtisadi aspektlərini müzakirə etmək, həmçinin “mühüm sazişlər” imzalamaq niyyətindədirlər. Rəisi ilə birlikdə İran Xarici İşlər Nazirliyinin rəhbəri, müdafiə, rabitə və informasiya texnologiyaları, yollar və şəhərsalma nazirləri və bir sıra digər yüksək rütbəli dövlət qulluqçuları da Dəməşqə gəliblər.
Bu, İran liderinin son 13 ildə Suriyaya ilk səfəridir. Qeyd edək ki, bu, İran liderinin son 13 ildə Suriyaya ilk səfəridir.
//Samir Qurbanov,Editor.az

