İran prezidentinin həlak olduğu helikopterin qəzaya uğraması ilə bağlı Türkiyədən vacib açıqlamabackend

İran prezidentinin həlak olduğu helikopterin qəzaya uğraması ilə bağlı Türkiyədən vacib açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə tərəfi göyərtəsində İran prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması ilə bağlı ilk xəbərdən dərhal sonra fövqəladə vəziyyət siqnallarına nəzarət etməyə başlasa da onları qəbul edə biməyib.

Editor.az bildirir ki, bunu Türkiyənin nəqliyyat naziri Əbdülkadir Uraloğlu deyib: “Heç bir siqnal almadığımız üçün siqnal sisteminin söndürüldüyünü və ya helikopterin onunla təchiz olunmadığını düşünürük və onlar bizim tərəfimizdən qeydə alınmalı idi”, – deyə İHA agentliyi nazirin bəyanatından sitat gətirir. Uraloğlu izah edib ki, İran Türkiyənin axtarış-xilasetmə idarələrinin məsuliyyəti zonasındadır, çünki söhbət qonşu ölkədən gedir. O qeyd edib ki, vertolyotun qalıqlarını məhz Türkiyənin “Akınıcı” PUA-sı tapıb.

Nazir əlavə edib ki, qəzanın kriminal versiyalarını irəli sürmək hələ tezdir, çünki indi söhbət qatı dumanda baş verən qəzadan gedir.

Qeyd edək ki, mayın 19-da İran prezidenti İbrahim Rəisinin olduğu helikopter ölkənin şimal-qərbində Şərqi Azərbaycan əyalətinin Verzeqan bölgəsində qəzaya uğrayıb.

//Samir Qurbanov, Editor.az